Bakıda ticarət mərkəzi yanır: Yol bağlandı – YENİLƏNDİ+ FOTO/VİDEO

 

Bakının mərkəzində ticarət mərkəzində baş verən yanğınla əlaqədar bir neçə marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Yanğın səbəbindən tətbiq edilən məhdudiyyətlə əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur”.

09:30

Metronun “Nərimanov” stansiyasının yaxınlığında baş verən yanğın davam edir. Yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir”, – deyə məlumatda qeyd edilib.

 

09:13

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metro City” kimi tanınan ticarət obyektlərində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Share: