Ərdoğandan Putinə ad günü ZƏNGİ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

 

Müstəqil.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.

Telefon danışığı zamanı iki lider Rusiya-Türkiyə münasibətlərini və regional situasiyanı müzakirə edib.

Bundan başqa, Ərdoğanın bu gün 69 yaşını qeyd edən Putini təbrik etdiyi də bildirilir.

Share: