Bu həftə kitab həftəsidir…

“Parlaq imzalar” və “Qanun” nəşriyyat evləri Səlim Babullaoğlu ilə bərabər Sizi iki fərqli gündə kitab təqdimatı və imza məraisminə dəvət edirlər.

Müstəqil.Az müəllifə istinad edərək bildirir ki, bu iki gündən birini seçmək kitab həvəskarlarının və Səlimsevərlərin tam hüquqlarıdır.

Oktyabrın 8-də (Cümə günü), saat 13.30-da, Bakı Expo Mərkəzində Səlim Babullaoğlunun “İlk hərfi itmiş cümlə” kitabının təqdimat və imza mərasimi olacaq. Zal 1, təqdimat zonası 1. İlk 30 alıcıya kitab hədiyyə olunacaq. Sizi görməkdən məmnun olarıq.

Oktyabrın 9-da (şənbə günü) , saat 17.30-da, Bakı İdman Sarayında (keçmiş Əl Oyunları Sarayı, “Azneft” meydanı) “Qanun” nəşriyyatl ilə Səlim Babullaoğlunun “Oğlumla söhbətlər ” kitabının təqdimat və imza mərasimi, milli poeziyamız barədə söhbət baş tutacaq. İlk 30 alıcıya kitab hədiyyə olunacaq. Sizi görməkdən məmnun olarıq.

Müstəqil.Az

Share: