102 yaşlı müharibə Veteranı vəfat etdi

Böyük Vətən müharibəsi veteranı Barat Orucov dünən səhər saatlarında dünyasını dəyişib.

Bu haqda Müstəqil.Az-a mərhumun yaxın qohumu, şair Həyat Şəmi məlumat verib.

Barat Orucov 1919-cu ildə Füzuli rayonun Gecəgözlü kəndində anadan olub. O, Böyük Vətən müharibəsinin ilk günlərindən cəbhədə olmuş, Berlinə qədər döyüş yolu keçmişdir. Dəfələrlə orden və medallarla təltif edilmiş, alman faşistlərinə qarşı qəhrəmancasına vuruşmuşdur.

Veteran döyüçü, 102 yaşında haqq dünyasına qovuşan Barat Orucov doğulduğu Gecəgözlü kəndinin azad olunmasını görsə də, kənddəki erməni vandalizminin törətdiyi vəhşiliyinin  dağıdıb yox etdiyi kənd qəbirstanlığında deyil, Qaradağ rayonun Lökbətan qəsəbə  qəbirstanlığında dəfn olunub.
Allah rəhmət eləsin, Nur içində yatsın!

Müstəqil.Az

Share: