“Heç kəs gözləmirdi ki, Azərbaycan müharibə edər”

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyasına verdiyi və ötən il sentyabrın 27-də efirə çıxmalı olduğu müsahibə hərbi əməliyyatların başladığına görə nəşr olunmadı. Erməni KİV-lərinin yazdığına görə, bunu Nikol Paşinyan hökumətin iclasında deyib.

“Müsahibə başlayanda onları (hərbi əməliyyatlar – red.) heç kəs gözləmirdi, proqnozlaşdırmaq belə mümkün deyildi. Bütün araşdırma institutları genişmiqyaslı döyüşlərin yenidən başlama ehtimalının çox aşağı olduğunu deyirdi. … Müsahibənin həm efir variantı, həm də montaj olunmamış versiyası qalıb və 44 günlük müharibənin aparılması ilə bağlı parlamentin araşdırma komissiyası yaradıldıqda, parlamentarilər bu müsahibə ilə tanış ola bilərlər. … Nə xalqdan, nə də parlamentdən gizlədəcəyimiz heç bir şey yoxdur ”, – Ermənistan baş naziri vurğulayıb.

Müstəqil.Az

Share: