Portuqaliya bayrağı altında üzən gəmidən Ukrayna vətəndaşı olan heyət üzvü yoxa çıxıb

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki,  həyatı və ailəni sevən sağlam, güclü bir kişinin – 1989-cu il təvəllüdlü Sergey Krivoruçkonun 2021-ci il sentyabrın 6-da müəmmalı şəkildə yoxa çıxması barədə sosial şəbəkədə həyat yoldaşı bildirib.

“Ərim Hind okeanında keçərkən gəmidən itib – bu, rəsmi məlumatdır, axtarış işləri davam edir … Hələ tapmayıblar … “ITF”, Xarici İşlər Nazirliyinə müraciət edilib… Sizdən xahiş edirəm məlumatı yayın. Bəlkə kimsə həqiqəti, əslində nə baş verdiyini bilir… “,-deyə  itkin dənizçinin həyat yoldaşı yazır.

Müstəqil.Az

Share: