COVID-19: Azərbaycanda 35 nəfəri öldürdü…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49318 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, ötən müddət ərzində isə ümumilikdə 4 608 573 test aparılıb.

 

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ