“Vaksindən sonra da koronavirus testi pozitiv çıxa bilər” – TƏBİB rəsmisi

“Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər”.

Müstəqil.Az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil: “Vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz”.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ