Yazıçı, ədəbiyyatşünas Xeyrulla Əliyev vəfat edib

Azərbaycan Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Əliyev vəfat edib.

Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.
O, 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi idi. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də  tərcümələri dövri mətbuatda müntəzəm “Ə.Xeyri”, “Əli Xeyrəddinov”, “Xeyir Əliyev” və s. imza və təxəllüslərlə çap edilirdi.
X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdi. O, Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”, “Gün var əsrə bərabər”, Nodar Dumbadzenin “Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.
Allah rəhmət eləsin.
Share: