Azərbaycanda ən çox YOLUXMA bu şəhərdədir

Ölkə üzrə Bakıda COVID-19 virusuna yoluxma statistikası artıb.

 

Müstəqil.az koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi 54.8 faizə çatıb.

 

Sonrakı yerlərdə 13 faizlə Abşeron, 11.7 faizlə Aran, 6.9 faizlə Gəncə-Qazax, 3.1 faizlə Quba-Xaçmaz, 3.9 faizlə Şəki-Zaqatala, 2.5 faizlə Lənkəran, 2.3 faizlə Dağlıq Şirvan, 1.3 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

 

Ölkə üzrə ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır. Ötən statistikada Muxtar Respublikada yoluxma faizi 0.4 faiz olsa da, hazırda 0.8 faiz təşkil edir.

 

Rəsmi məlumata görə, ölkə xairicində yoluxanlar ümumi yoluxanların faizi də 0.3-dən 0.5 faizədək artıb.

 

Share: