Bərdə-Ağdam yolunun inşası zamanı minalar aşkarlandı

“Mənfur düşmənin Ağdamda hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və Bərdə-Ağdam yolunun inşası zamanı tapılan minalar minatəmizləyən əməkdaşlarımızın misli görünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir”.

Müstəqil.Az “Report” -a istinadla xəbər verir ki, bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında bildirib.

O, daha sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) təşəkkür edib.

Share: