“Qarabağ” daha bir tarix yazdı: Qrup mərhələsində…

2021.08.26 – 22:37

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək “Aberdin” (Şotlandiya) – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyuna aşağıdakı heyətlə çıxacaqlar:

“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun (k), 16. Funso Ojo, 19. Luis Ferqyuson, 22. Kelvin Remsi, 9. Kristian Ramirez, 20. Teddi Cenks, 17. Conni Hayes

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev.

***

“Aberdin” – “Qarabağ” matçı başladı.

***

Toral Bayramov matçın 8-ci dəqiqəsində “Qarabağ”ı hesabda önə çıxardı: 0-1.

***

Kadi görüşün 18-ci dəqiqəsində “Qarabağ”ın ikinci qoluna imza atdı: 0-2.

***

Zubir matçın 71-ci dəqiqəsində komandasının üçüncü qolunu vurdu: 0-3.

***

Görüşün son dəqiqələrində “Aberdin” komandası penalti zərbəsi ilə hesab arasındakı fərqi azaltsa da (1-3), matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bununla “Qarabağ” ilk dəfə yaradılan Konfrans Liqasının qrupuna vəsiqə qazanıb.

Share: