Əfşan Yusifqızı “Əli dağı” romanını təqdim edəcək

Müstəqil.Az xəbər verir ki, şair, yazar Əfşan Yusifqızının “Əli dağı” adlı yeni romanı işıq üzü görüb.

Romanda 300 illik bir tarixdən söz açılıb. “Əli dağı” romanı müəllifin öz şəcərəsi, İmam Hüseynin 34- cü nəslindən olan tanınmış övliya Qara Mustafa və onun törəmələri haqqındadır.

Kitab müəllifin sayca 3-cü kitabıdır. Kitabın redaktoru  şair Səxavət Talıblıdır.

 

24 avqust, 2021-ci il, saat 14:00-da “Azərkitab” kitab təbliğatı mərkəzində Əfşan Yusifqızının “Əli dağı” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

Sözü sevən  hər kəs dəvətlidir.

Müəllifə yaradıcılıq uğurları arzulayırıq.

 

Ünvan : “Azərkitab Kitab Təbliğat Mərkəzi”
(General Akim Abbasov küçəsi 78. Lider tv-nin yaxınlığı)

 

Aysel Səfərli

Müstəqil.Az

Share: