“Mirvarid Dilbazi Poeziya Məclisi” tədbir keçirəcək…

Müstəqil.Az xəbər verir ki, 19 avqust, 2021-ci il, saat 11:00-da müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi , ilk qadın xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 109- cu ili münasibətilə tədbir keçiriləcək.

Tədbirdə həmçinin “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyi və “Mişov” mədəniyyət dərnəyinin  birgə təşəbbüsü və dəstəyi  ilə ərsəyə gələn Aqşin Ağkəmərlinin “Təbrizdən Təbrizə” adlı hekayələr kitabının təqdimatı  keçiriləcək.

Kitabın ön söz müəllifi xalq şairi Nəriman Həsənzadə, redaktoru Güllü Eldar Tomarlıdır.

Bütün ədəbiyyatsevərlər dəvətlidir.

 

 

Ünvan : “Azərkitab Kitab Təbliğat Mərkəzi”

(General Akim Abbasov küçəsi 78. Lider tv-nin yaxınlığı)

 

Aysel Səfərli

Müstəqil.Az

Share: