Qəzzafinin oğlu 10 il sonra danışdı: Geri dönürəm!

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğullarından Seyfülislam Qəzzafi 10 il sonra üzə çıxıb.

Müstəqil.az  xəbər verir ki, “Nyu York Tayms” qəzeti Seyfülislam Qəzzafinin müsahibəsini dərc edib.

49 yaşlı Qəzzafi müsahibəsində liviyalı siyasətçilərin ölkəyə fəlakətdən başqa bir şey gətirmədiklərini deyib.

“Ölkəyə təcavüz etdilər. Pul yox, təhlükəsizlik yox. Yanacaqdoldurma məntəqəsinə gedin, dizel yoxdur. Neft ixrac edirik, İtaliyaya təbii qaz veririk, İtaliyanın yarısını elektriklə təmin edirik, amma qaranlıqdayıq. Bu, fiaskodur”, – Qəzzafi bildirib.

Dekabrda keçiriləcək seçkilərə qatılacağını bildirən S.Qəzzafi deyib ki, 10 ildir xalqdan uzaqdayam, geri dönmək vaxtıdır.

Müstəqil.az

Share: