Bu ölkə ilə ilk hədəfimiz 500 milyon dollardır – Ərdoğan

Anqola ilə ticarət həcmimiz 176 milyon dollardır. İki güclü ölkə üçün bu ticarət həcmi çox azdır. İlk mərhələdəki hədəfimiz 500 milyon dollara çatmaqdır.

Müstəqil.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anqolalı həmkarı Joau Lourensu ilə görüşündə bildirib.

“Afrikada hansı çətinliklərin yaşandığını bilirik, uzaqdan da olsa, izlədik”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri BMT Baş Assambleyasındakı toplantıdan sonra Anqolaya səfər edəcəyini açıqlayıb.

Pərviz H.

Share: