Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur.

Müstəqil.az xəbər verir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli “Facebook”da fotolar paylaşıb.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Elçibəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi Yusifovun qızı Aytək xanımla ailə həyatı qurur.

Bu gün Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Qeyd edək ki, Elçibəyin iki övladı var. Qızı Çilənay Əliyeva bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır.

Share:

Author: admin