Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirildi

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Sabunçu rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib. Abonent bölmə müdiri Təhminə Qasımovanın moderatorluğu ilə baş tutan tədbirdə kitabxananın əməkdaşları ilə yanaşı, Ədəbiyyat İnstitutunun bir sıra alimləri də iştirak ediblər.

Tədbirdə Sabunçu MKS-nın direktoru Nəcibə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsindən sonra ölkəmizdə və kitabxanada gerçəkləşdiriliən tədbirlər haqqında məlumat verib.

Ədəbiyyat İnstitutunun alimlərindən Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rühəngiz Əliyeva çıxışında həm akademiyada, həm də Ədəbiyyat İnstitunda “Nizami ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra mövzu ilə əlaqədar geniş məruzə edib. Həmçinin Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı da çıxışında Nizami Gəncəvinin tədqiqi və təbliği istiqamətdə görülmüş işlərdən danışıb. Eyni zamanda sovet dövründə yol verilən bəzi yanlışlıqların aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Sonra Kitabxananın Metodika biblioqrafiya şöbəsinin müdiri Səmayə Nuriyeva, Abonoment şöbə müdiri İlhamə Vəliyeva, Oxu zalının müdiri Günel Səfərova, baş kitabxanaçılar Elnarə Quliyeva və Əfsanə Rüstəmova mövzu ilə bağlı fikirlərini çatdırıblar.

Qeyd edək ki, oxuculardan Kənan şükürov, Sabir Cabbarov və başqaları da onlayn tədbirə qatılıblar.

 

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Descripción no disponible.

Descripción no disponible.

Share: