Ərzurumda Hacı Zeynalabdin Tağıyevin xatirəsinə muzeyi yaradılır

 

 

Müstəqil.Az xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində Hacı Zeynalabdin Tağıyev muzeyi yaradılacaq. Muzeydə Müsəlman Xeyriyyə Cəmiyyətininin, Şəmiyyətin Ərzurumdakı təmsilçiləri olmuş, erməni qulduru Andranik Ozanyanın əmri ilə şəhid edilmiş Gəncəli Seyidov və həmkarları ilə bağlı məlumatlar da əks etdiriləcək.

Muzeyin yaradılması ideyası Sosial Bilimlər Universitetinin məzunu, H.Z.Tağıyev və Gəncəli Seyidov barədə araşdırmalar aparmış Alparslan Kotana məxsusdur. Gəncəli Seyidov və yoldaşlarının qətl edildiyi Çorumlu küçəsindəki tarixi binanın sahibi  Suat Ezirmik öz şəxsi binasının muzey yaradılması üçün ayıra biləcəyini bildirmişdir.  “Gelişim Erzurum” Dərgisinin sahibi Lokman Lokmacı isə Alparslan Kotanın jurnallarında dərc olunan “Erzuruma Qardaş köməyi müzeyi” məqaləsindən sonra Lokman Lokmaçı məsələni Ərzurum Bələdiyyəsi qarşısında qaldırmış, Ərzurum bələdiyyə başqanı Mehmet Sekmen ideyanı dəstəkləmişdir. Hazırda Ərzurum bələdiyyəsi, “Ərzurum Gelişim” dərnəyi və Ərzurumun əksər ziyalıları bu muzeyin tez başa gəlməsi əllərindən gələni əsirgəmirlər.

Bu barədə “Azərtac”a Türkiyədə yaşayan yazıcı-tədqiqatçı, Hacı Zeynalabdin Tağıyevin və Müsəlman Xeyriyyə Cəmiyyətinin türk xalqına dəstəyindən, Gəncəli Seyidovun qəhrəmanlığından bəhs edən serialın ssenari müəllifi Aygün Həsənoğlu məlumat vermişdir. A.Həsənoğlu, Azərbaycan Tarixi Muzeyinin hacı Zeynalabdin  Tağıyev müzeyi ilə əlaqəsinin yaradılması üçün Azərbaycan Tarix Muzeyinə müvafiq məktub göndərdiyini bildirmişdir.

 

Aygün Həsənoğlu

Müstəqil.Az

 

Descripción no disponible.

Share: