Şəhid Pərvin Həmidovun xatirəsinə həsr edilmiş bulaqların açılışı oldu – FOTO

İyulun 3-ü Mingəçevirdə və Yevlaxda şəhid Pərvin Həmidovun bulaqlarının açılışı oldu
 
İyulun 3-ü Mingəçevir və Yevlax şəhərlərində Vətən müharibəsində şəhid olmuş Pərvin Həmidovun xatirəsinə həsr olunmuş bulaqların açılışı oldu. Birinci bulaq səhər saat 10:00-da şəhidimizin baba yurdu Yevlax şəhər Bəydilli kəndində, ikinci bulaq isə axşam saat 17:00-da Mingəçevir şəhərində şəhidimizin ata evi olan küçəsində oldu.
Birinci bulağın açılışında kənd camaatı və şəhidimizin doğmaları iştirak edirdi. İkinci bulağının açılışında isə Laçının Qarabəyli kənd İcra nümayəndəsi İsrail Rəhimov və ailəsi, Mingəçevir şəhər Yeni İctimai Nəzarət şurasının sədri Rizvan Cəlilov, müavini Şəfiqə Zamanova və sədr köməkçisi Ruhani Məmmədov, Yevlax şəhər Yeni İctimai Nəzarət şurasının sədri Fəxrəddin Eyvazlı, Mingəçevir şəhər Məcburi köçkünlər nümayəndəsi Xatirə xanım, şəhid Vüqar İsmayılovun anası və atası, şəhid Kənan Abdullayevin anası, şəhid Məmmədli Məhəmmədin anası, şəhid İsayev Vüsalın doğmaları, şəhid Vasif Məmmədovun doğmaları, şəhid Niyazi İsgəndərovun doğmaları, şəhid Rüstəm Məmmədovun doğmaları, şəhid Şahmar Seyidovun doğmaları, şəhid Əli Əsədovun doğmaları, şəhid Təbriz Cüməzadənin doğmaları, şəhid Oruc Nəcəflinin doğmaları, şəhid Şahmar Məmmədovun doğmaları, şəhid İlkin Ağakişiyevin doğmaları, şəhid Tərxan Qurbanovun doğmaları, şəhid Əzəmi Hüseynovun doğmaları, şəhid Ərzuman Osmanovun doğmaları, şəhid Fuad Xankişiyevin doğmaları, şəhid Atiq İbrahimovun doğmaları, şəhid Ülvi Qulamlının doğmaları, şəhid Vüsal İsayevin doğmaları, eləcə də Bərdədən gələn şəhid ailələri iştirak edirdi. Şairə Esmira Günəşin aparıcılıq etdiyi tədbirdə ilk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib və tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Birinci bulağın lentini Kamil Zeynallı və şəhidimizin əmisi Qədir Mirzəyev, ikinci bulağın lentini isə şəhid Pərvin Həmidovun atası Azər Həmidov və anası Bahar Şükürova , eləcə də bulada şəkli yer almış digər şəhidimiz Vüqar İsmayılovun valideynləri birlikdə kəsdilər. Daha sonra tədbir rəsmi və bədii hissənin ahəngi ilə davam etdi. Tədbirin bədii hissəsində şairə Esmira Günəş şəhidlərimizə həsr etdiyi “Unutmadıq şəhidim” və “Zirvəyə ucalanlar” kitablarını da şəhid ailələrinə təqdim edib. Balaca məktəblilər, həmçinin şairənin oğlu Elgün Abbaszadə şairənin şəhidlərə həsr etdiyi şeirlərdən səsləndiriblər. Sonda tədbirin təşkilində və bulaqların salınmasında əziyyəti olan hər kəsə, həmçinin İfadə Tv əməkdaşlarına təşəkkür edilib və şəhidlərimizin məzarı ziyarət olunub. Xatirə şəkilləri ilə tədbir yekunlaşdırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Esmira Günəş
Müstəqil.Az 
Descripción no disponible.
Descripción no disponible.
Descripción no disponible.
Descripción no disponible.
Descripción no disponible.
Share: