Rusiyada teploxod kiçik gəmini toqquşaraq batırıb

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə zamanı xilasedicilər tərəfindən bir neçə nəfər sahilə çatdırılıb.

İlkin məlumata görə, “Neva-1” teploxodu ilə kiçik həcmli gəmi toqquşub.

“Toqquşma nəticəsində göyərtəsində 6 nəfərin olduğu kiçik həcmli gəmi batıb, gəmidəki şəxslər xilasedicilər tərəfindən sahilə çatdırılıb, heç kim zərər çəkməyib”, – xəbərdə deyilir.

İstintaq orqanları teploxodla kiçik həcmli gəminin toqquşması faktı üzrə araşdırma aparır

Müstəqil.Az

Share: