Milli Məclisdə Ərdoğanın Şuşa səfəri gündəmə gətirildi

Türkiyə prezidenti Şuşaya səfər edəcək ilk xarici dövlət başçısı olacaq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.

O səfərin əhəmiyyətini yüksək qiymətləndirib:

“Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə işğaldan azad edilmiş Şuşaya səfəri iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafı baxımından önəmlidir. O, ilk xarici dövlət başçısı olacaq ki, Azərbaycanın ikinci paytaxtı, mədəniyyət paytaxtı olan Şuşaya səfər edəcək”.

 

 

Müstəqil.Az

Share:

Author: admin