Parlamentin növbədənkənar sessiyası keçiriləcək – Deputatlar müraciət imzaladılar

Milli Məclisin yaz sessiyası bu gün bitir.

Artıq parlamentin növbədənkənar sessiyasının keçirilməsi üçün müraciət edilib.

Bu barədə  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri qeyd edib ki, artıq deputatlar müvafiq olaraq, müraciətə imza atıblar:

“İyun ayında Milli Məclis, deputatlar işləyəcək. Növbədənkənar sessiya olacaq. Neçə iclasın  keçiriləcəyi hələlik məlum deyib. 2, 3 ya da 5 iclas ola bilər. Bu, parlamentə daxil olan təcili müzakirəsi tələb edən məsələlərdən asılıdır. İclaslarda gündəmə uyğun vacib məsələləri müzakirə edəcəyik. İclasların həftənin hansı günlərə salınacağı barədə standart yoxdur”.(Modern.az)

Share: