Hindistanda dəhşətli epidemiya: İnsanların gözləri çıxarılır

Hindistanın qərbində “Qara kif” adlanan mukormikoz xəstəliyinə yoluxan minlərlə insanın bir və ya iki gözü çıxarılıb.

Müstəqil.Az xəbər verir ki, bu xəstəliyə yoluxanların 60 faizi bir və ya iki gözünü itirir.

“Bütün toxumaları, sinirləri və göz qapaqlarını çıxarmasaq, infeksiya beyinə daxil ola bilər, – həkim Akşay Nair bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Hindistanın Racastan və Telanqana ştatlarında “Qara kif” adlı mukormikoz epidemiyası elan edilmişdi.

Mukormikoz və ya “Qara kif” – göbələk xəstəliyinin yaratdığı ağırlaşmadır. Xüsusən ağır xəstəliklərlə, o cümlədən koronavirusla mübarizədən sonra immuniteti düşənlər üçün təhlükəlidir.

Müstəqil.Az

Share: