Paşinyanın açıqlamasından sonra müxalifət aksiya keçirir

Ermənistanda müxalifət hökumət binası qarşısında etiraz aksiyası keçirir. Onlar müvəqqəti Baş nazir Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalanacağı haqda açıqlamasından sonra meydana toplaşıblar. Mitinqin təşkilatçıları həmin sənədin bütün bəndlərinin dərc olunmasını tələb edirlər.

Xatırladaq ki, Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla müəyyən razılaşmaların əldə edildiyini açıqlamışdı. Həmin sənədin Ermənistanın da maraqlarına uyğun olduğunu deyən Paşinyan onun Azərbaycan razılaşacağı təqdirdə imzalanacğını bildirib.


 

Müstəqil.Az

Share: