Rusiyada virusdan ölənlərin sayı 117 mini ötdü

Rusiyada son sutka ərzində koronavirusa 9232 yeni yoluxma halı qeydə alınıb. 

Müstəqil.Az  xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 974 908 nəfərə çatıb. Son bir gündə 396 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 117 361 nəfərdir. İndiyədək 4 591 770 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Müstəqil.Az

Share: