Sumqayıt Dövlət  Dram Teatrında   növbəti layihə…

 

Sumqayıt Dövlət  Dram Teatrının yaradıcı heyəti Dövlət başçımızın  müvafiq sərəncamına uyğun olaraq  2021-ci ilin dahi mütəfəkkir  Nizami Gəncəvi ili elan  olunması  ilə əlaqədar  “Nizami Gəncəvi -880”  tədbirləri çərçivəsində pandemiya  qaydalarına əməl etməklə daha bir yeni layihə hazırlamışdır. Mətn müəllifi  və quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov mütəfəkkir şairin “İsgəndərnamə”  poemasında önəmli yer alan, didaktik əhəmiyyət kəsb edən  İsgəndərlə Nüşabənin hekayətini videoformatda  təqdim edir.

Teatrın bir qrup yaradıcı  və texniki  heyətinin böyük səyi nəticəsində ərsəyə gələn  layihədə  aktyorlar   Sevda Hüseynova, Kamran Muradlı və Aynur Hümmətova maraqlı  oyun nümayiş  etdirirlər. Layihə rəhbəri Əməkdar artist  Mübariz Həmidov, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, montaj  Fuad Kazımov, rəssam Arif Müzəffərov, işıq rəssamı Sənan Qədeşov, qrim Mənsurə Səfərova, səhnə təchizatı  Hüseynağa Novruzov və  səs rejissoru Famil Ağalıdır.   Hekayətin vizual həlli, musiqi tərtibatı  və  digər texniki  göstəricilərin  peşəkar  səviyyədə  işlənməsi  müəllif qayəsinin, rejissor ideyasının  açılmasına təkan vermişdir.

 

Müstəqil.Az

Share: