Yayda Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

“Quru sərhədlərin açılması ilə Gürcüstana turistlərin gəlişi gözlədiyimizdən daha tez bərpa ediləcək”.

Müstəqil.az yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

 

 

Onun sözlərinə görə, hazırda quru sərhədlərin açılması üzərində işlər aparılır: “Quru sərhədlərin açılması qonşu dövlətlərdən turistlərin gəlməsinə imkan yaradacaq, buna görə də biz quru sərhədlərin açılması üzərində işlər aparırıq. Düşünürəm ki, yay fəsli üçün hava sərhədi kimi quru sərhədləri də çox ciddi nəzarətlə və təhlükəsiz şəkildə aça biləcəyik”, – deyə N. Turnava bildirib.

Nazir qeyd edib ki, quru sərhədlər hava sərhədində tətbiq olunan eyni qaydalar əsasında fəaliyyət göstərəck və ciddi nəzarət həyata keçiriləcək.(Publika.az)

Share: