Elnur Uğur Abdıyevin şəhid Camal İsmayılova həsr etdiyi “Hadrud Fatehi” poeması çap olundu – FOTO

 

Müstəqil.Az xəbər verir ki, Neftçalada yaşayıb yaradan, istedadlı şair Elnur Uğur Abdıyevin Vətən Müharibəsinin iştirakçısı, şəhid Camal İsmayılovun qəhrəmanlığına həsr olunmuş “Hadrut fatehi” adlı kitabı çapdan çıxıb.
Kitabın redaktoru: Professor Elnarə Akimova,
Bədii redaktoru: Humay Yılmaz,
Rəssamı: Sehran Allahverdidir.
Ön söz müəllifi isə “Ədəbiyyat qəzetinin” baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turandır.
Torpaq uğrunda canından keçən igid qəhrəmanın əziz xatirəsinə həsr olunmuş bu kitab  vətən oğlunun keçdiyi müqəddəs yolu tariximizin qürur dolu səhifələrində yaşadacaq. Allah şəhidlərə rəhmət eləsin.
Şairə yaradıcılıq uğurları arzulayırıq…
Aysel Səfərli
Müstəqil.Az
Share: