İranda daha 310 nəfər koronavirusdan ölüb

İranda son sutkada koronavirusa 13 930 yoluxma halı qeydə alınıb.

Müstəqil.Az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 310 nəfər COVID-19-dan ölüb.

İranda koronavirusa yoluxanların ümumi sayı 2 779 415, ölənlərin sayı isə 77 532 nəfərdir.

Müstəqil.Az

Share: