Şuşa ilə bağlı planlar haqda açıqlama

İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.

Müstəqil.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.

E.Cavadov qeyd edib ki, hazırda araşdırmalar gedir:

“Çünki indi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri aparılır.

Düşünürük ki, ilkin qiymətləndirmələrdən sonra Dövlət Turizm Agentliyi yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra biz öz qiymətləndirməmizi müəyyənləşdirəcəyik”.

Qurum rəsmisi deyib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq: “Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik”. BAKU.WS

 

Share: