Bu gündən rus peyvəndinin tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə Rusiya istehsalı olan “Sрutnik V” peyvəndinin tətbiqinə başlanılır.

Müstəqil.az xəbər verir ki, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.

Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, Rusiya istehsalı olan “Sрutnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.

Martın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 300 000 doza “Sрutnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sрutnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Share: