İlon Mask bu həftə 20 mlrd. dollar itirib

“Tesla Motors” şirkətinin baş direktoru İlon Maskın sərvəti həftənin əvvəlindən 20 mlrd. ABŞ dollarından çox azalıb.

Müstəqil.Az -ın məlumatına görə, bu barədə “Forbes” jurnalı yazır.

Məlumata görə, Maskın sərvəti bu həftə 20,5 mlrd. dollar azalaraq 145,5 mlrd. dollara enib. “Tesla”nın səhmləri həftənin əvvəlindən 15% azalıb. Bununla belə, “Tesla”nın rəhbəri “Forbes”un dünyanın ən zəngin insanları siyahısında hələ də üçüncü yerdədir.

Müstəqil.Az 

Share: