Qazaxda çayxana yandı

Qazax rayonunda çayxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 27 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli çayxananın taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müstəqil.Az

Share: