Bakıda iki avtomobil toqquşub – Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.Az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, şərti olaraq “Şamaxinka” adlanan ərazidə iki avtomobil toqquşub. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Tural Qocayev xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Müstəqil.Az

Share: