Buffon “Yuventus”dan gedir

“Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffon mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə o, “beIN Sports” kanalının efirində bildirib.

“Mən mövsümün sonunda “Yuventus”u tərk etmək qərarına gəlmişəm. Müqaviləm uzadılmayacaq. Ya karyeramı başa vuracaq, ya da yeni klub tapacağam. Düşünürəm ki, komandama hər şeyimi vermişəm. “Yuventus” dövrü başa çatdı”, -deyə qolkiper qeyd edib.

Xatırladaq ki, Buffon 2001-ci ildən etibarən “Yuventus”un şərəfini qoruyub. Yalnız 2018/2019-cu illər mövsümünü o, PSJ-də keçirib.

Müstəqil.Az

Share: