İstanbul derbisi: “Qalatasaray” lideri məğlub etdi

Türkiyə Super Liqasında növbəti turun görüşləri keçirilib.

Müstəqil.Az  xəbər verir ki, “Qalatasaray” çempionatın lideri “Beşiktaş”ı doğma meydanda qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında “Fənərbaxça” “Ankaragücü”nü son dəqiqələrdə vurduğu qolla məğlub edib – 2:1.

Bu nəticələrdən sonra “Beşiktaş” 81 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan “Fənərbaxça” ikinci, 78 xalı olan “Qalatasaray” isə üçüncüdür.

Müstəqil.Az

Share: