Azərbaycan dövlətinə ləkə gətirən dələduzluq: saxtakar hakim, himayədar Ədliyyə nazirliyi sahibkarı əsir götürüb

Fikrət İbrahimov adlı şəxs tərəfindən aldadılan vətəndaş Sakin Ağayev üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında İbrahimov Fikrət Vəli oğlunun qanunsuz əməlləri və ona havadarlıq edən dövlət məmurları barəsində geniş məlumat verən S.Ağayev bildirib ki, Qazaxstan Respublikasında yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan «Töleş Manğıstau» MMC-nin 51%  hissəsini 14 iyun 2014-cü il tarixdə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milion iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satmışdır.

 

Bu müqavilənin şərtlərinə görə F.İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməli idi, lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməmişdir. Bunun ardınca 2015-ci il fevaral ayında F.İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürmüş, hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda V.Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim etmiş, lakin bankdan müəyyən olunmuşdur ki, qeyd edilən vəsait həmin müqavilə əsasında deyil, başqa bir adla hansısa başqa saziş əsasında metal tədarükü məqsədi ilə ödənilmişdir. V.Rəhimlidə metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanılış göndərildiyi üçün Bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarmışdır. Bu barədə F.İbrahimov məlumatlandırmış və ödənişin təyinatını düzgün, yəni tərəflər arasında bağlanan (yuxarıda göstərilən) müqavilə əsasında yenidən köçürülməsi xahiş olunmuşdur. Bir müddət sonra İbrahimov F. telefonla R.Vüsalənin həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğluna zəng vurub bildirmişdir ki, pulu bank hesabına göndərə bilmir və onu nəğd olaraq Bakıda vermək istəyir. Qazaxstanda banka olan borclarını tezliklə bağlamaq üçün V.Rəhimli buna razılıq vermiş, həmən məbləği öz həyat yoldaşı Sakin Ağayevin Bakıdakı bank hesabına qoymağı və ordan Qazaxstana göndərilməsinə razılıq vermişdir. Bakıdakı bank hesabından əməlyatlar aparmağa Sakin Ağayevin birinci nigahından olan qızı Ağayeva Dilarədə etibarnamə mövcud olduğunu nəzərə alaraq onun vasitəsi ilə bu əməliyyatı həyata keçirməyə qərar verilmişdir. Beləliklə, Fikrət İbrahimov iki dəfə (20.02.2015 və 25.02.2015-ci il tarixlərində) hər dəfə 349000 ABŞ dolları olmaqla (hər dəfə həmin məbləğlərdən 1000 ABŞ dolları nəğdləşmə faizi çıxmaqla) ümümi 698000 ABŞ dolları Ağayeva Dilarə vasitəsi ilə R.Vüsalənin həyat yoldaşı S.Ağayevin bank hesabına qoymuş, hər iki əməliyyatla bağlı o Dilarə Ağayevadan bu pulun onun tərəfindən qəbul edilməsinə dair qəbz almışdır. Birinci dəfə ödənişi F.İbrahimov, ikinci dəfə isə onun oğlu Şahin İbrahimov həyata keçirmişdir. Ancaq borcun qalan 550000 ABŞ dolları hissəsi isə ödənilməmiş qalmışdır.

Bundan sonra F.İbrahimov zənglərə cavab verməmiş və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmamışdır. Aaydın olmuşdur ki, F.İbrahimov borcun qalan hissəsini, yəni  550000 ABŞ dolları ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlamışdır. Ona görə V.Rəhimli 2016-cı ilin iyun ayında Qazaxstan Respublikasının 2 saylı Aktau şəhər Məhkəməsində «borcun ödənilməsi» tələbi ilə bağlı F.İbrahimova qarşı iddia qaldırmışdır. Qazaxstanda məhkəmə prosesləri uzun müddət davam edərək Ali Məhkəməyə qədər çıxmış və sonda Qazaxıstan Respublikası Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə F.İbrahimovun 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi əsasında R.Vüsaləyə olan 1.250.000 (Bir milion iki yüz əlli min) ABŞ dollar məbləğində borcdan qalan 550.000 ABŞ dolları və 68.000 ABŞ dolları məhkəmə xərclərinin ödənilməsinə dair 4799-18-00-2a/547 saylı Qətnamə çıxarılmışdır. Məhkəmə qərarı elan olunduğu gündən qüvvəyə minmiş və Qazaxstan Respublikası Aktau şəhər Məhkəmə İcraçıları tərəfindən icraya yönəldilmişdir. V.Rəhimliyə olan borcu ödəmədiyinə görə hal-hazırda F.İbrahimov Qazaxstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.  F.İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycana qaçdığı üçün V.Rəhimli AR Ali Məhkəməsinə müraciət edərək qanuni qüvvəyə minmiş Qazaxıstan Respublikası Manqistau Vilayət məkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-002a/547 saylı qətnaməsinin AR ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsadət qaldırmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyası (hakimlər Hacıyev Sənan Firudin oğlu – sədrlik edən, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Raffiq qızı) F.İbrahimov havadarlarnın təsiri altında heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə 10(102)-142/2018 saylı Qərardadları ilə bu vəsadətin təmin edilməsindən imtina etməklə nəinki Azərbaycan qanunlarını, hətda ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiya qanunlarınıda kobudcasına tapdalayaraq dövlətmiz adına ləkə gətirən qərar qəbul etmişlər. Bu qanunsusluğu aradan qaldırmq üçün V.Rəhimli Avropa məhkəməsinə müraciət etmək məcburiyyətində qalmış və Avropa məhkəməsi tərəfindən bu iş artıq icraata qəbul olunaraq qovluq nömrəsi verilmişdir.

Qazaxstan məhkəmələrində fırıldaqçılığı ifşa olunan F.İbrahimiv 2017-ci ildə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu ilə cinayət əlaqələsinə girərək V.Rəhimli və onun ailə üzvlərimə qarşı saxta məhkəmə qətnaməsi çıxardırmaq barəsində sövdələşir.  Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu, yəni 11 nəfər tanınmış hüquq müdafiəçisi  dövlət rəhbərliyinə müraciət ünvanladı, ardınca Qazaxıstanda Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə video müraciətlə çıxış etdi.
Rublika.Az xəbər verir ki, bütün bu məktublara, müraciətlərə baxmayaraq, vətəndaş Sakin Ağayevə qarşı saxtakarlıq və dələduzluq etmiş Fikrət İbrahimovla bağlı heç bir addım atılmayıb. İndiyə qədər Pirallahı rayon məhkəməsinin saxta müqaviləyə istinad edərək çıxardığı sifarişli qətnamə, bu qərarı qüvvədə saxlayan Ali Məhkəmə, habelə Sakin Ağayev barəsində əsassız yerə cinayət işi açan Ədliyyə Nazirliyi, F.İbrahimovu himayə edən qüvvələrlə bağlı heç bir reaksiya verilməyib.  Bundan başqa  qanunsuzluqları aradan qaldırmaq üçün S.Ağayev Avropa məhkəməsinə müraciət etmək məcburiyyətində qalmış və Avropa məhkəməsi tərəfindən bu iş artıq icraata qəbul edilərək qovluq nömrəsi verilmişdir. F.İbrahimov bu saxta qətnamənin tanınması və icrası üçün V.Rəhimli və S.Ağayevin yaşadığı Qazaxstan Respublikasına göndərmiş, qətnamənin tam qanunsuz olmasına baxmayaraq Qazaxstan Respublikasının məhkəmə orqanları Beynəlxalq konvensiyaya uyğun oilaraq onu təftiş etmədən tanıyaraq icraya yönəltmişlər. Aktau şəhər Məhkəmə İcraçıları V.Rəhimli və S.Ağayevin əmlakına və bank hesablarına həbs tətbiq etməklə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 26.07.2017-ci il tarixdə çıxardığı 2(094)-396/2017 saylı Qətnaməsinin icrasına başlamışlar.  Qazaxıstan Respublikasında F.İbrahimova qarşı məhkəmə qərarının icra edilməsinə baxmayaraq artıq üç ilə yaxındır ki, vətəndaş Sakin Ağayev və qızı Dilarə Ağayeva haqqında onların Azərbaycandan çıxışına qadağa qoyulub.

S.Ağayev deyir ki, onun, ailə üzvlərinin hüquqları bir fırıldaqçının sifarişi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsinin ona havadarlığı ilə məhkəmə ilə ədliyyə orqanları tərəfindən kobudcasına tapdalanır. “Bütün bu ədalətsizliklər və saxtakarlıqların açıq-aydın ortalıqda olmasına və onların kütləvi informasiya mənbələrində işıqlandırılmasına, həmçinin bu barədə hüquq-mühafizə orqanları və ölkə rəhbərliyi adına etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq artıq üç ildir ki bu qanunsuzluqlar aradan qaldırılmır”, – deyə vətəndaş bir daha səsinə səs verilməsini istəyir. Onun sözlərinə görə, Fikrət İbrahimov etibarından sui-istifadə edərək həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızının əmlakını mənimsəyib.  O, qaçıb Azərbaycanda gizləndiyinə görə həyat yoldaşı dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət edib . Qazaxıstanda açıq məhkəmə çəkişməsində F.İbrahimovun bütün yalanları ifşa olunaraq qanunsuz əməlləri sübuta yetirilib və onun V.Rəhimliyə borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilib. “Qətnamə qanuni qüvvəyə mindikdən sonra həyat yoldaşım Beynəlxalq Konvensiyaya uyğun şəkildə Azərbaycan Ali Məhkəməsinə müraciət edərək Qazaxıstan  Məhkəməsinin qətnaməsinin Azərbaycan ərazisində tanınması və məcburi icraya yönəldilməsini barədə vəsatət qaldırıb. Gördüyünüz kimi, Ali Məhkəmə Beynəlxalq Konvensiya qanunlarını da kobudcasına pozaraq heç bir qanuni əsas gətirmədən Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edib”, – deyə S.Ağayev bildirir.

Haqqı tapdanan S.Ağayev sual edir ki, görəsən, bu Ə.Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür kobudcasına pozub: “Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər?” Şikayətçi qeyd edir ki, bundan əlavə hazırda barəsində Pirallahı rayon Məhkəməsinin Qətnaməsinin icra olumaması adı ilə CM-nin 306-cı maddəsinə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmə) əsasən Ədliyyə Nazirliyinin İstintaq idarəsində cinayət işi başlanıb, işin baxılması müstəntiq Malik Səfərovun icraatına verilib: “ Bu qətnamə Qazaxıstanda tam icra olunduğu üçün İstintaq idarəsinə cinayət işinin icraatına xitam verilməsi barədə ərizə ilə müraciət olunub.

Lakin Fikrət İbrahimova havadarlıq edən Ədliyyə Nazirliyi məmurunun təsiri altında İstintaq İdarəsinin müstəntiqi Malik Səfərovun 26 avqust 2020-ci il tarixli qərarı ilə  cinayət işinin icraatına xitam verilməsi barədə vəsatətimiz heç bir qanuni əsas gətirilmədən rədd edilib. Sual olunur, əgər bu istintaq işi məhkəmə qətnaməsinin icra olunmaması adı ilə açılıbsa və artıq həmin icra işi üzrə icra işi tam başa çatıbsa, İstintaq idarəsi nəyin istintaqı davam etdirilir, niyə istintaq işinə xitam vermir? Yəni Ədliyyə Nazirliyi strukturları F.İbrahimovun maraqlarını təmin etmək üçün hər bir qanunsuzluqlara əl ataraq mənə və ailə üzvlərimə qarşı törədilən bu haqsızlıqları davam etdirirlər. Artıq üç ildir ki, Ədliyyə Nazirliyi məni girovluqda saxlayır”.

Cumhuriyyət

Share:

Author: Müstəqil AZ