Bu gün üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

Müstəqil.Az xəbər verir ki, üçüncü Qədr gecəsi mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Ramazan ayının sonuncu Qədr gecəsi mayın 9-da olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” islam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin məscidlərdə keçirilməsi qadağan edilib.

Xatırladaq ki, şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan aprelin 14-də başlayıb.

Müstəqil.Az

Share: