Bakıda 71 yaşlı kişinin meyiti tapıldı

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Hacıyev İsmət Kərim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müstəqil.Az

Share: