Çin olay yaradan paylaşımı sildi

Çinin Yaponiyadakı səfirliyi ABŞ-ı “müsəlman ölkələrinin qapısına ölüm aparan” şəklində təsvir edən paylaşımlarını sosial mediadakı hesablarından silib.

Müstəqil.az xəbər verir ki, səfirlik Tvitter istifadəçilərinin buna sərt reaksiyasından sonra paylaşımı silib.

“Mənfur paylaşıma reaksiya verən yapon dostlarımıza təşəkkür edirik. Bu, ortaq dəyərlərə söykənən ABŞ-Yaponiya ittifaqının növbəti dəyər nümunəsidir”, – ABŞ-ın Yaponiyadakı səfirliyinin paylaşımında deyilir.

Qeyd edək ki, Çin səfirliyi rəsmi Tvitter hesabında ABŞ bayrağına bürünən “ölüm mələyi”nin müsəlman ölkələrinə yönəldiyini nümayiş etdirən rəsm əsəri paylaşmışdı. Paylaşımda qapıları açılan İraq, Liviya və Suriyadan qan sızdığı, “ölüm mələyi”nin hazırda Misirin qapısını döydüyü təsvir edilmişdi. Təsvirin üzərində isə yaponca “ABŞ demokratiya gətirəndə bunlar meydana gəlir” sözləri qeyd edilmişdi.(publika.az)

Share:

Author: admin