Evində təmir aparan kişi ağır yaralanıb

Biləsuvarda kişi evində təmir apararkən ağır yaralanıb.

Müstəqil.Az xəbər verir ki, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971- cil təvəllüdlü Mənsimov Asif Əliheydər oğlu mənzilində havalandırma pərini təmir etməyə çalışıb.

Bu zaman işlək vəziyyətdə olan pərin qəfildən qırılması ona ağır xəsarət yetirib.

A. Mənsimovun sağ budu deşilərək, arteriya damarını zədələyib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra xəsarətin ciddi olması nəzərə alınaraq, yaralı Bakı xəstəxanalarından birinə yola salınıb.

Müstəqil.Az

Share: