Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 16 639 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 311 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 488 218, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 966 132, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 522 086 nəfər təşkil edir.

Müstəqil.Az

Share: