Patruşevlə Sallivanın telefon danışığı oldu

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevun ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı olub. Bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

“Nikolay Patruşev və Ceykob Sallivan Rusiya-ABŞ münasibətlərinin vəziyyəti və perspektivlərini, habelə Rusiya və ABŞ prezidentləri arasında görüşün mümkünlüyünü müzakirə ediblər”, – məlumatda bildirilir.

Müstəqil.Az

Share: