Britaniyada son sutkada 15 nəfər həyatını itirib – COVID-19

Böyük Britaniyada son sutka ərzində 2381 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,416,623 nəfərə çatıb. 

Müstəqil.Az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 15 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127,517 nəfərə çatıb.

Müstəqil.Az

Share: