Şəxsiyyəti ilə əməlləri üst – üstə düşən insan… – Allahşükür Ağa yazır

Mən şəxsiyyəti ilə əməlləri üst – üstə düşən çox az adam tanıyıram. Onlardan biri yox, (birincisi ) elə Əflatun Amaşovdur. Sizin şəxsiyyətiniz keçmiş deputatlıqdan da, indiki Mətbuat şurasının sədrliyindən də qat-qat yüksək mərtəbədə dayanır. Çünki belə olmaq hər zaman amalınız olmuşdur. Bunu mən tərif naminə demirəm.Həqiqət naminə deyirəm.Yaşasın həqiqətiniz və şəxsiyyətiniz !

Onu da bilirəm ki, bu gün sizin doğum gününüzdür.Yaxşı ki, doğulmusunuz. Doğulub cəmiyyətin dünya boyda dərdini öz dərdiniz bilmisiniz.Dərdin azlığı və çoxluğu əsas şərt deyil. Dərdə şərik olmaq əsasdlr. Siz bunu yorulmaz fəaliyyətinizlə, sadəliyinizlə, mərd və cəsarətli olmağınızla, bir sözlə- böyüklüyünüzlə sübut etmisiniz.
Mərhum şairimiz X.R.Ulutürk demişkən:
Dağlardan atlanır köhlən şəlalə,
Şəlalə dağların mərd övladıdır.
İldırım buludun, tufan dənizin,
Cəsarət kişinin istedadıdır.
Yaşasın mərdliyiniz, cəsarətiniz, dağ boyda böyüklüyünüz ! Nə də sizə şablon səslənən 150 il, 250 il ömür arzulamıram.
Vahid Əzizin təbirincə desək:
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim.
Qapı-pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.
Doğuluşunuz mübarək, əziz insan !Həmişə ümmantək çağlayasınız.
Allahşükür Ağa
Müstəqil.Az
Share: