Yaponiyanın son 30 ilin ən böyük hərbi təlimi

Yaponiya Quru Özünümüdafiə Qüvvələri ölkənin cənubundakı Şərqi Çin dənizi sahilində yerləşən Kyuşu bölgəsində son 30 ilin ən böyük hərbi təlimlərini keçirməyi planlaşdırır.

Müstəqil.Az “TRT Azərbaycan”a istinad edərək xəbər verir ki,  Çin Donanmasının regional varlığını artırması qarşısında Yaponiya Quru Özünümüdafiə Qüvvələri 2021-ci ilin sentyabr və noyabr ayları arasında təxminən 140 min personalının iştirakıyla ölkənin cənubundakı Kyuşu bölgəsində hərbi təlimlər keçirəcək.

Şimaldakı Hokkaido ilə Tohoku və Şikoku bölgələrindəki əsgəri birliklərin Kyuşuya sövq ediləcəyi son 30 ilin ən böyük hərbi manevri ölkənin cənub-qərbində ola biləcək fövqəladə vəziyyətlərə qarşı hazırlıq məqsədi daşıyır.

Kyodo agentliyinin yazdığına görə, belə bir manevr ən son “Soyuq müharibə”nin başa çatdığı 1993-cü ildə olub.

Müstəqil.Az

Share: