Xızıda sursat aşkarlanıb

Xızı rayonunda sursat aşkar edilib.

Bu barədə Müstəqil.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu əraziyə cəlb olunub.

Müstəqil.Az 

Share: