Vladimir Zelenski Fransaya gedib

Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 16-da Fransaya rəsmi səfəri başlayıb.

Müstəqil.Az -ın məlumatına görə, rəsmi səfər çərçivəsində Yelisey Sarayında Ukrayna və Fransa prezidentləri Vladimir Zelenski və Emmanuel Makron arasında görüş keçiriləcək.

Sonra Ukrayna, Fransa və Almaniya dövlət başçılarının üçtərəfli görüşü başlayacaq. Almaniya kansleri Angela Merkel görüşə videoformatda qatılacaq.

Görüşdə dövlətlərarası əməkdaşlıq, regiondakı vəziyyət, Donbasdakı gərginlik müzakirə ediləcək.

Müstəqil.Az 

Share: