Çindən daha bir BƏLA ALOVLANIR: 600 donuz məhv edildi

Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki fermaların birində Afrika donuz vəbası təsbit edilib.

Publika.az  “TRT Haber”ə istinadla xəbər verir ki, bununla bağlı Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Afrika donuz vəbası Sincanda 600 donuzun saxlanıldığı fermada aşkarlanıb. İlkin məlumata görə vəbaya 33 donuz yoluxub, 6-sı tələf olub. Qabaqlayıcı tətbirlər çərçivəsində qalan heyvanlar məhv edilib.

Qeyd edilib ki, fermanın yerləşdiyi bölgəyə giriş-çıxış qadağan edilib.

Xatırladaq ki, eyni adlı vəbaya 2007-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Ukrayna, Polşa və Çexiyada rast gəlinib.

2018-ci ildə Çinin 20 vilayətind və 47 kəndində yayılan epidemiya səbəbindən 600 min donuz məhv edilib.

Vurğulanıb ki, yüksək dərəcədə yolxucu xüsusiyyətə malik olan Afrika donuz vəbası insanlara yoluxmur.

 

 

Müstəqil.Az

Share:

Author: admin